Elnur Məmmədli: “Vədimə əməl edə bilmədim, başqa sözüm yoxdur”

Elnur Məmmədli: “Vədimə əməl edə bilmədim, başqa sözüm yoxdur”
# 31 iyul 2012 13:06 (UTC +04:00)
London – APA. “Vədimə əməl edə bilmədim, başqa sözüm yoxdur”. Bunu apasport.az saytının Londona ezam olunmuş əməkdaşına açıqlamasında olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) deyib.

26 yaşlı cüdoçu XXX London Yay Olimpiya Oyunlarında ilk görüşündəcə uduzmasına münasibət bildirib: “İndi daha çox tək qalmaq istəyirəm. Məni rahat buraxın. Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya hələ 4 il var, indidən nə deyim? Pekindən sonra nə vəd etməli idim ki? Siz necə düşünürsünüz? Onda deməli idim ki, Londonda qızıl xal uğrunda - əlavə vaxtda da uduzmayandan sonra hakimlər qələbəni rəqibimə verəcəklər? Məni tək buraxın ki, nəyin baş verdiyini düşünüm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR