Solomon adalarında 6,9 bal gücündə zəlzələ baş verib

Solomon adalarında 6,9 bal gücündə zəlzələ baş verib
# 21 may 2015 02:09 (UTC +04:00)

Bakı-APA. Solomon adaları yaxınlığında, Sakit okean akvatoriyasında 6,9 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Lata şəhərindən 178 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR