Bakı və Bakıətrafı qəsəbələrdə Qurbanlıq heyvanların satışı təşkil ediləcək satış məntəqələrinin ünvanları açıqlanıb

Bakı və Bakıətrafı qəsəbələrdə Qurbanlıq heyvanların satışı təşkil ediləcək satış məntəqələrinin ünvanları açıqlanıb
# 21 sentyabr 2015 16:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə 24-27 sentyabr tarixlərində Qurbanlıq heyvanların satışı təşkil ediləcək satış məntəqələrinin ünvanları açıqlanıb.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Qurban Bayramı günlərində Qurbanlıq heyvanların satışı İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən təşkil ediləcək.

 

Qurbanlıq heyvanların satış məntəqələrinin ünvanları:

 

Sabunçu qəsəbəsi

- Şəhər şosesi, "ABU" yanacaqdoldurma məntəqəsinin yanı;

- Zabrat – Maştağa yolunun sol tərəfi, Olimpiya İdman Kompleksinin yanı;

 

Nərimanov rayonu

- Əlyar Əliyev küçəsi, 26 (Keşlə bazarının yanı)

 

Xətai rayonu

- Cavanşir küçəsi, 7, Nevrocərrahiyyə xəstəxanasının arxası;

- Mehmandarov küçəsi, 72, Elektrik yarımstansiyasının yaxınlığında;

 

Suraxanı rayonu

- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, "Neftçi" stadionunun yanı;

- Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 114 saylı evin yanında;

- Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı;

- Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, "Maral" fiqurunun yanı;

 

Səbail rayonu

- Bibiheybət yolu, qoşa Yanacaq Doldurma Məntəqəsinin yanı;

- 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasında boş sahə;

 

Yasamal rayonu

- Şərifzadə küçəsi, 196 ("İdeal" şadlıq sarayının həyəti);

 

Binəqədi rayonu

- 8-ci mkr., C. Xəndan və Atatürk prospekti kəsişməsində yerləşən ət bazarı;

- Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi ilə Baksol yolunun kəsişməsi;

- Biləcəri qəsəbəsi, T. Yaqubov 12A;

- Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 78, Qəsəbə mərkəzi

 

Nizami rayonu

- R.Rüstəmov ilə M.Əliyev küçələrinin kəsişməsində ("Millord" restoranının yanı);

 

Xəzər rayonu

- Binə qəsəbəsi, Əliağa Vahid küçəsi, 9 (yolun solu);

- Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, 41 (Qala Bələdiyyəsinin inzibati binasının qarşısı),;

- Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 3

 

Qaradağ rayonu

- Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı;

- Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı;

- "Aqrovest" MMC-nin qarşısı;

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR