Xalq artisti Ağakişi Kazımov nazirlik tərəfindən mükafatlandırılıb

Xalq artisti Ağakişi Kazımov nazirlik tərəfindən mükafatlandırılıb
# 04 iyun 2015 12:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalq artisti Ağakişi Kazımov teatr sənəti sahəsindəki xidmətlərinə görə və 80 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, A. Kazımovun 80 illik yubiley gecəsi oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Qeyd edək ki, A.Kazımov 1935-ci il iyunun 28-də anadan olub. Rejissor “Müsibəti Fəxrəddin” (N.Vəzirov), “Toy” (S.Rəhman), “Təzə gəlin” (S.Dağlı), “Arşın mal alan” (Ü.Hacıbəyov), “Xoşbəxtliyə gedən yol” (İ.Dunayevski), “Büllur sarayda” (İ.Əfəndiyev) və b. tamaşalara quruluş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR