Lənkəranda minik avtomobili yanıb - VİDEO

Lənkəranda minik avtomobili yanıb - <span style="color: red;">VİDEO
# 05 avqust 2015 13:30 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 5-də günorta saatlarında Ələt-Astara magistralının rayonun Şürük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayon sakini, 1986-cı il təvəllüdlü Hicran Ziyad oğlu Seyidovun idarə etdiyi “VAZ-21014” markalı minik avtomobili hərəkətdə olarkən qəfildən alışıb. Sürücü dərhal maşını kənara çəkərək salonu tərk edib. Yaxınlıqdakı şəxslərin, eləcə də hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinə məxsus bir yanğınsöndürən maşının vaxtında müdaxiləsi nəticəsində yanan minik avtomobili söndürülüb, həmçinin təhlükəsizlik tədbirləri görülüb.

Yanğının avtomobildəki texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR