Bu ilin III rübündə Gürcüstanın dəmir yolu nəqliyyatı vasitəsilə 4,1 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 16,8% çoxdur.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Yüklərin 5,7%-ni ölkədaxili, 32,1%-ni beynəlxalq, 62,1%-ni isə tranzit daşımaları təşkil edib.
Hesabat dövründə Gürcüstan ərazisinə daxil olan dəmir yolu yüklərinin 22,1%-i Azərbaycandan, 22,2%-i isə Rusiyadan göndərilib. Yük göndərən digər ölkələrin ümumi payı 55,7% olub.
Azərbaycanın Gürcüstan dəmir yolları ilə daşınan yüklərdə payı rüblük müqayisədə 0,6%, illik nisbətdə isə 9,9% azalıb.
İyul-sentyabrda yüklərin 24,4%-i Ermənistana, 8%-i Qazaxıstana, 7%-i isə Rusiyaya göndərilib. Digər ölkələrin ümumi payı 60,6%-ə bərabər olub.
Yüklərin 34,7%-ni koks və emal olunmuş neft məhsulları, 21,5%-ni kimyəvi maddələr, kimyəvi məhsullar və süni liflər, rezin və plastik məmulatlar, 11,5%-ni isə ərzaq məhsulları, içkilər və tütün təşkil edib.