Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimi başlayıb

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimi başlayıb
# 30 sentyabr 2015 07:16 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, təlimlər Ermənistan Müdafiə Nazirliyinin İvan Baqramyan adına hərbi poliqonunda keçirilir.

Təlimlər təşkilatın Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin 2014-cü ilin dekabrında qəbul edilən qərarı ilə təşkil olunub.

Məqsəd Qafqaz regionunda təhlükəsizliyi və sülhü təmin etmək məqsədilə KTMT sülhməramlı qüvvələrinin hazırlanmasıdır.

Təlimlərdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan Silahlı Qüvvələrinin KTMT-də sülhməramlı qüvvələrə daxil olan nümayəndə və bölmələri, hüquq-mühafizə orqanları nümayəndələri iştirak edir. Bundan başqa, təlimləri Beynəlxalq Qızıl Xaç Komitəsinin, KTMT-nın qərargah və katiblik nümayəndələri izləyəcək.

Təlimlər oktyabrın 4-nə kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR