“Axınla aşağı” bədii filminin təqdimatı keçirilib - FOTO

“Axınla aşağı” bədii filminin təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 19 dekabr 2014 19:07 (UTC +04:00)

APA-nın məlumatına görə, filmin təqdimatından əvvəl C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov və Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxovun iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda 2014-cü ildə çəkilən filmlər və nəzərdə tutulan yeni layihələr haqqında məlumat verilib.

Təqdimat mərasimində Müşfiq Hətəmov bildirib ki, kino sahəsində gənc rejissorların ərsəyə gətirdiyi filmlər beynəlxalq festivallarda uğur qazanıb. Filmin rejissoru Asif Rüstəmov və başqaları çəkiliş prosesindən danışıblar.

Sonra film nümayiş olunub. Psixoloji ailə dramının quruluşçu rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR