Bakıda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB

Bakıda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 20 noyabr 2014 15:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov, Könül Kamilqızı - APA. Bakıda 3 avtomobil toqquşub. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı biri yük kranı olmaqla 3 avtomobil toqquşub.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya açıqlamasında bilrilib ki, hadisə yerinə 3 təcili yardım briqadası göndərilib. Hadisə nəticəsində yaralanan 4 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb.

Hadisə baş verən ərazidə tıxac yaranıb. Hazırda polis tıxacın aradan qaldırılması və qəzaya düşən avtomobillərin hadisə yerindən götürülməsi istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR