SOCAR: “Star” Neft Emalı Zavodunun tikintisi qrafik üzrə aparılır

SOCAR: “Star” Neft Emalı Zavodunun tikintisi qrafik üzrə aparılır
# 04 aprel 2015 09:37 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

“Bu günlərdə “Petkim”in 50 illiyi ilə əlaqədar tədbirlərdə iştirak edərkən biz “Star” Neft Emalı Zavodunda aparılan işlərinin gedişatı ilə də tanış olduq. Zavodun tikintisi qrafik üzrə gedir. Orada 2000-ə yaxın adam işləyir. Podratçılar da işə başlayıblar. Düşünürük ki, 2018-ci ilin ilk kvartalında zavod işə düşəcək və ilk məhsulunu verəcək”, - deyə R. Abdullayev qeyd edib.

SOCAR prezidentinin sözlərinə görə, müəssisənin tikintisi 2017-ci ilin sonunda yekunlaşır.

R. Abdullayev əlavə edib ki, SOCAR Türkiyənin ən böyük limanı olan “Petlim”in tikintisini artıq başa çatdırır: “Yəqin ki, sentyabr ayına biz Türkiyənin ən dərin limanını təhvil verəcəyik. İnanıram ki, bu layihədə gəlirli və düşərli olacaq”.

Qeyd edək ki, SOCAR Türkiyənin “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (61,32%) sahibidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR