Adendə silah anbarında baş vermiş partlayış nəticəsində 9 nəfər ölüb

Adendə silah anbarında baş vermiş partlayış nəticəsində 9 nəfər ölüb
# 29 mart 2015 01:58 (UTC +04:00)

Bakı-APA. Yəmənin Aden şəhərində yerləşən silah anbarında baş vermiş partlayış nəticəsində azı 9 nəfər ölüb. APA-nın verdiyi xəbərə görə, bu barədə “Frans Press”ə hökumət dairələrindəki mənbə bildirib.

Dağıntılar altında daha çox meyitlərin aşkarlanacağı istisna olunmur.

Məlumata görə, ilk partlayışlardan sonra talan məqsədi ilə anbara bir qrup şəxs daxil olub. Onların da ölənlər arasında olduğu istisna olunmur.

Bu arada ölkəni tərk etmiş prezident Əbd Rəbbu Mənsur Hadi Adenə dönmək niyyətində olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR