Kürşat Tüzmən: “Azərbaycanla Türkiyə ticarət dövriyyəsinin artırılması üçün hər iki ölkənin geniş potensialı var”

Kürşat Tüzmən: “Azərbaycanla Türkiyə ticarət dövriyyəsinin artırılması üçün hər iki ölkənin geniş potensialı var”
# 12 may 2008 08:58 (UTC +04:00)
- Hələ 2005-ci ildə Siz 3 ildən sonra Türkiyənin Rusiya ilə ticarət dövriyyəsinin həcminin 25 mlrd. ABŞ dollarına çatdırılacağını demisiz. Bu il həmin müddət bitir. Sizin fikrinizcə, bu proqnoza nail olunacaqmı?
- Türkiyənin Rusiya ilə ticarət dövriyyəsinin həcmi artıq 28 mlrd. dollara çatıb. Cari ilin sonuna kimi isə bu göstəricinin hətta 30 mlrd. dollar həddini keçəcəyi gözlənilir.
- Rusiya ilə müqayisədə Avrasiya ölkələri, məsələn, Azərbaycanla olan ticarət mübadiləsinin həcmi bir neçə il əvvəl çox az olub. Belə ki, 2004-cü ildə bu göstərici 280 mln. dollara qədər azalıb. O vaxt Siz və baş nazir Rəcəb Tayyib Ərdoğan bu həcminin ən qısa müddətdə 1 mlrd. dollara çatdırılacağını söyləmisiz. Buna nail olundumu?
- Biz bu vədimizi artıq yerinə yetirmişik və hazırda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd. dolları ötüb. Bu proqnozun icrası bizim üçün çox önəmlidir.
- O zaman gələcəkdə bu göstəricinin hətta 3 mlrd. dollara qədər artacağını söyləyirdiniz. Bu həddə də çatmaq mümkündür?
- Düzdür, bu, o qədər də asan deyil, lakin hər iki ölkənin geniş potensialı mövcuddur. Bir daha vurğulamaq istərdim ki, Azərbaycan XXI əsrin ən zəngin dövlətlərindən biri olacaq və hazırda bu ölkənin qeyri-neft sektorunda ən böyük sərmayələr məhz Türkiyəyə aiddir. Bu siyasətin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
- Bəs Mərkəzi Asiya ölkələri ilə aparılan ticarət əməliyyatlarında hansı dinamika müşahidə olunur?
- Bu ölkələrlə də analoji artım müşahidə olunur. Türkiyənin qonşu ölkələrə ixrac etdiyi malların həcmi 38% artıb, Belə ki, 2000-ci ildə Türkiyədən Mərkəzi Asiya ölkələrinə 6 mlrd. dollarlıq mal göndərilmişdirsə, hazırda bu rəqəm artıq 44 mlrd. dolları ötüb. Lakin bunun daha da artırılması üçün potensial mövcuddur. Mən neft və qazla zəngin olan ölkələrə ixracatımızın daha genişlənəcəyinə inanıram.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR