Xanhüseyn Kazımlı Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının sədri seçilib - FOTO

Xanhüseyn Kazımlı Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının sədri seçilib - <span style="color: red;">FOTO
# 22 may 2015 09:37 (UTC +04:00)

Bakı-APA. Qəbələ şəhərində 20-21 may tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələri Tərəfindən İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun təşkilatçılığı ilə Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyanın XIV Beynəlxalq Konqresi keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələri Tərəfindən İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupundan APA-ya verilən məlumata görə, Konqres “Müasir Qiymətləndirmə fəaliyyətindəki normativ hüquqi boşluqlar və onların təminatı məsələləri” mövzusuna həsr edilib.

Tədbir açılışında çıxış edən İşçi Qrupunun rəhbəri, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin üzvü Xanhüseyn Kazımlı tədbirin Azərbaycanda keçirilməsinin mahiyyəti və əhəmiyyəti barədə danışıb. Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının baş direktoru H.Y.Trifonov növbəti dövr üçün bu quruma rəhbərliyin Azərbaycan tərəfinə keçəcəyi barədə məlumat verib. H.Y.Trifonov bu qərarın hələ 2014-cü ilin iyin ayında Belarusun Brest şəhərində keçirilən XIII Konqresdə qəbul olunduğunu xatırladıb. XIV Beynəlxalq Konqresin mayın 21-də keçirilən iclasında X. Kazımlı Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının sədri seçilib.

Daha sonra Beynəlxalq Konqresin proqramına uyğun olaraq, müxtəlif ölkələrdən gəlmiş qonaqlar beynəlxalq səviyyəli münaqişələrin ildən ilə çoxalması və bunlara dünya birliyi tərəfindən ikili yanaşması ətrafında fikir mübadiləsi aparıblar. Konqres iştirakçıları Azərbaycan qiymətləndiriciləri tərəfindən hazırlanmış, işğalçı tərəfin və günahkarların cəzalandırılmasına imkan verən Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının “Standart” layihəsinin üstünlükləri və onun təsdiq edilməsi barədə fikirlərini söyləyiblər. Beynəlxalq tədbirin yekun günü davam etdirilən müzakirələrində sənəd Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının üzvləri tərəfindən yekdilliklə qəbul və təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR