Magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı uzadılıb

Magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı uzadılıb
# 30 may 2014 14:14 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı 3 iyun saat 23:59-dək uzadılıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2014-cü ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən ixtisaslaşma seçimində iştirak etmək üçün müsabiqə şərtlərini ödəyən bakalavrlar göstərilən vaxtadək ixtisas seçimini etməlidirlər.

Müsabiqəyə yalnız “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR