“Qafqazda münaqişələr: Tarix, bu gün və münaqişələrin həlli perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

“Qafqazda münaqişələr: Tarix, bu gün və münaqişələrin həlli perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib  - <span style="color: red;">FOTO
# 11 iyul 2013 12:46 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında “Qafqazda münaqişələr: Tarix, bu gün və münaqişələrin həlli perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Cənubi Qafqaz Regional Təhlükəsizlik İnstitutunun direktoru Aleksandar Rusetski açıb.

Qafqaz Strateji Araşdırmalar İnstitutunun direktoru, professor Eldar İsmayılov, Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun Avropa İttifaqı araşdırmaları üzrə direktoru Kaxa Qoqolaşvili, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktorunun müavini Gülşən Paşayeva, Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun aparıcı elmi işçisi Vladimir Papava, “Qafqaz və Qloballaşma” jurnalının baş redaktoru, professor Nazim Müzəffərli açılış nitqi söyləyiblər. Sonra tədbir 4 hissədə davam edib.

Konfransın 2-ci hissəsində “Regional münaqişələrdə təhlükəsizlik və geosiyasət məqamları”, 3-cü hissədə “Regional münaqişələrin dinamikasında etnik və dini amillər”, 4-cü hissədə “Regional münaqişələrin iqtisadiyyatı” mövzusunda çıxışlar dinlənilib. Tədbirdə eyni zamanda “Qarabağ nümunəsində soyqırım konsepsiyası”, “İmperiyaların dağılmasında münaqişələrə meyllilik: Rus Zaqafqaziyası misalında, 1917 – 1923-ci illər”, “Böyük dövlətlərin çətinlikləri və bu məsələlərin Qafqaz münaqişələrində rolu”, “Türkiyə xarici siyasətinin əsas parametrləri və Mərkəzi Qafqaz 2008-ci ildən sonra”, “Təhlükəsizlik hədələri və Mərkəzi Qafqazda münaqişələrin nizamlanması”, “Qarabağ münaqişədən sonra: bərpa və inkişaf strategiyası”, “Xəzər uğrunda strateji oyunlar” və digər mövzularda mühazirələr oxunub.

Qeyd edək ki, bu konfrans iyulun 8-də Bakıda başlayıb və bu gün Gürcüstan paytaxtında davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR