Bakı-Quba yolunda iki yük maşını toqquşub, xəsarət alan var

Bakı-Quba yolunda iki yük maşını toqquşub, xəsarət alan var
# 03 oktyabr 2015 19:59 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi xəbərə görə, hadisə magistralın 83-cü km-də qeydə alınıb. İki “Kamaz” markalı yük maşınının toqquşması nəticəsində sürücülərdən biri, 1958-ci il təvəllüdlü Xudat şəhər sakini Cavanşir Əli oğlu Yarməmmədov müxtəlif sınıq xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı BDYP-nin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR