Almaniyada saxlanılan Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev sərbəst buraxılıb - YENİLƏNİB

Almaniyada saxlanılan Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev sərbəst buraxılıb - <span style="color: red;">YENİLƏNİB
# 05 oktyabr 2015 15:15 (UTC +04:00)

Bu barədə APA-ya R. Əliyev özü məlumat verib. Onun sözlərinə görə, İnterpolun müraciəti əsasında alman polisi onu saxlayaraq ifadəsini alıb: “Bir neçə saat polisdə ifadə verdim. Onlar gördülər ki, mən cinayətkar deyiləm və sonunda sərbəst buraxdılar”.

***

14.41

Bakı. Hafiz Heydərov - APA. Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev Almaniyada saxlanıb.

APA-nın məlumatına görə, bu barədə R. Əliyevin təsisçisi olduğu saytın işçiləri "Facebook" sosial şəbəkəsində məlumat yayıblar. Onlar bildiriblər ki, bu gün İnterpolun əməkdaşları R. Əliyevin işlədiyi ofisə gələrək onu tutublar. O, Almaniyanın Nürnberq şəhərinin həbsxanasına aparılıb.

Qeyd edək ki, İnterpol R. Əliyevin Azərbaycan tərəfindən axtarışa verilməsi barədə bu ilin may ayında məlumat yayıb. Məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Xatırladaq ki, R. Əliyev Təfəkkür Universitetinin Kiyev filialının rektoru olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR