Azərbaycanda «Sənayedə qaynaq istehsalı üzrə yeni texnologiyalar və materiallar» mövzusunda seminar keçirilib

Azərbaycanda «Sənayedə qaynaq istehsalı üzrə yeni texnologiyalar və materiallar» mövzusunda seminar keçirilib
# 18 mart 2014 07:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində «Sənayedə qaynaq istehsalı üzrə yeni texnologiyalar və materiallar» mövzusunda seminar keçirilib.


«APA-Economics»in məlumatına görə, beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Almaniya, İngiltərə və Rusiya mütəxəssisləri iştirak ediblər.


ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov enerji sahəsində əldə olunan nailiyyətlər barədə danışıb. O bildirib ki, hazırda ARDNŞ-in struktur bölmələrində 2 mindən artıq qaynaqçı çalışır: «Onların əksəriyyəti peşə bacarıqlarına uyğun olaraq sertifikatlaşdırılıb. Sualtı qaynaq texnologiyasının inkişafı, sualtı qaynaq əməliyyatlarını həyata keçirən dalğıcların hazırlanması məqsədi ilə beynəlxalq şirkətlərlə sıx əməkdaşlıq edilir».


O qeyd edib ki, bu sahədə yenilikərin tətbiqi istiqamətində qabaqcıl qurumların təcrübəsi öyrənilir: «Bu seminar qaynaq sahəsində innovativ yeniliklərin geniş yayılmasına əlavə stimul verəcək. Bu, gələcək nailiyyətlərin əsasını qoyacaq».


X.Məmmədov vurğulayıb ki, «Şahdəniz-2» layihəsi çərçivəsində 14-15 min yeni iş yeri açılacaq ki, bunun da 4-5 min nəfəri qaynaq işlərinə cəlb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR