Ukrayna DİN-in daxili qoşunları Krımdan Kiyevə ezam olunub

Ukrayna DİN-in daxili qoşunları Krımdan Kiyevə ezam olunub
# 03 dekabr 2013 23:58 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, “1+1” telekanalının məlumatına əsasən bu barədə daxili qoşunlar komandanlığının Krim idarəsinin rəhbəri Nikolay Balan bəyan edib.

“Xüsusi təyinat dəstəsi, Simferopol şəhərində yerləşən hərbi hissə və Krasnokamenka qəsəbəsindəki hərbi hissənin – bu üç hərbi birləşmənin əsgərləri ezam olunub”, deyə Balan bildirib. Bununla belə, o Kiyevə ezam olunmuş hərbçilərin sayını açıqlamayıb. Balan qeyd edib ki, qoşunlara kütləvi aksiyalar zamanı ictimai asayişin qorunması barədə əmr verilib.

Daxili qoşunların baş idarəsində qeyd ediblər ki, “Milis haqqında”, xüsusi ilə, “Daxili qoşunlar haqqında” qanunların pozuntusuna yol verilməyib. “Daxili qoşunlar mitinqlərin dağıdılmasında iştirak etmir, onlar yalnız “canlı sədd”lərin qurulmasına cəlb olunur. Bizim bu günə olan vəzifəmiz – hakimiyyət orqanlarının fəaliyyətini bərpa etmək və ictimai asayişi qorumaqır”, deyə Ukrayna DİN daxili qoşunların hüquq idarəsinin rəisi Dmitri Şetinin bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR