Bakı bulvarında açıq havada pulsuz idman meydançası yaxın gələcəkdə hazır olacaq

Bakı bulvarında açıq havada pulsuz idman meydançası yaxın gələcəkdə hazır olacaq
# 25 oktyabr 2013 14:48 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərin suallarını cavablandıran Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi bu meydança üçün nəzərdə tutulan əraziyə baxış keçiriblər. Ərazinin ölçüləri götürülüb, hazırda ona uyğun layihə hazırlanır. Layihənin yaxın günlərdə hazır olması gözlənilir: “Məhz bundan sonra onun tikintisinə başlanacaq. Bu isə problemli iş deyil, 2-3 ay müddətinə hazır olar. Ehtimal ki, meydança bu ilin sonu və ya gələn ilin əvvəlinə hazır ola bilər”.


Qeyd edək ki, bulvarın yeni hissəsində əhali üçün idman alətlərindən ibarət meydança tikilməsi planlaşdırılır. Meydançanın eni və uzunluğu təxminən 100 m olacaq. Meydançada müxtəlif sayda müxtəlif idman qurğuları yerləşdiriləcək. Əhali sərbəst şəkildə bu idman alətlərindən pulsuz istifadə edə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR