Bakıda avtomobil 57 yaşlı qadını vuraraq öldürüb

Bakıda avtomobil 57 yaşlı qadını vuraraq öldürüb
# 18 sentyabr 2013 08:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda piyadanın ölümü ilə nəticələnən daha bir yol qəzası baş verib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün səhər 8.30 radələrində Nobel prospektində qeydə alınıb. 1989-cu il təvəllüdlü Xudaverdi Qasımovun idarə etdiyi “10-VX-915” dövlət nömrə nişanlı “Opel Vectra” markalı avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Nəcifə Əzimovanı vurub. Sürücü piyadanı Klinik Tibbi Mərkəzə yerləşdirsə də, onu həyatını xilas etmək mümkün olmayıb. Polisdən verilən məlumata görə, qeyd edilən ərazidə mütəmadi olaraq piyadaların vurulması ilə nəticələnən yol qəzaları baş verir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR