Səhiyyə Nazirliyi Gəncədə doğuş zamanı baş verən ana ölümü ilə bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi Gəncədə doğuş zamanı baş verən ana ölümü ilə bağlı məlumat yayıb
# 23 sentyabr 2013 11:36 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Ricai Fərqanə İsmət qızı doğuş üçün sentyabrın 22-də saat 16:20-də xəstəxanaya gətirilib, bir müddət sonra - saat 16:30-da bioloji ölüm baş verib. Bu, 32 yaşlı ananın 5-ci hamiləlik, 3-cü doğuşu olub. Hazırda hadisə ilə bağlı iş tibbi ekspertizaya verilib. Müvafiq araşdırmanın aparılması üçün ananın meyitinin təşrih edilməsinə qadının yaxınları kəskin etiraz etsələr də, sonradan razılıq verilib. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsi tərəfindən araşdırıldıqdan sonra ölümün səbəbləri məlum olacaq.

Məsələ ilə bağlı son qərar Səhiyyə Nazirliyi yanında yaradılmış Doğuşayardım Komissiyası tərəfindən veriləcək. Doğuşayardım Komissiyası tərəfindən ciddi şəkildə araşdırılacaq ki, bu hadisə həkimlərin səhvi nəticəsində baş verib, yoxsa doğrudan da xəstənin səhhətində hansısa problemlər olub. Artıq məsələnin komissiyada araşdırılmasına başlanıb və bütün faktlar öyrənilir. Ana və uşaq ölümünün səbəbi lazımi səviyyədə öyrənilib araşdırıldıqdan sonra Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən müvafiq qərar veriləcək.

Qeyd edək ki, Gəncə şəhər sakini doğuş zamanı xəstəxanada dünyasını dəyişib. Hadisə ötən gün Gəncə şəhər Regional Perinatal Mərkəzdə baş verib. Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Ricai Fərqanə İsmət qızı doğuş üçün xəstəxanaya gətirilib və bir müddətdən sonra dünyasını dəyişib. Hazırda Gəncə şəhər Prokurorluğundan faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR