ABŞ-da buzlu yolda 30-dək avtomobil toqquşub, 3 nəfər ölüb, 20 nəfər yaralanıb

ABŞ-da buzlu yolda 30-dək avtomobil toqquşub, 3 nəfər ölüb, 20 nəfər yaralanıb
# 24 yanvar 2014 04:34 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın İndiana ştatında buzlu yolda 30-dək avtomobil toqquşub, 3 nəfər ölüb, 20 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli WLS-TV telekanalı məlumat yayıb.

Məlumata görə, insident Miçiqan-Siti şəhərinin ətrafında baş verib. Polisin məlumatına görə, qəzaya 15-dək treyler-qoşqu və 15 minik avtomobili uğrayıb.

Hadisə yerində xilasetmə işləri davam edir, deformasiyaya uğramış avtomaşınlarda hələ də bir neçə nəfərin qaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR