İranda həbsdə olan azərbaycanlı jurnalistin həyat yoldaşı aclıq aksiyasını dayandırıb

İranda həbsdə olan azərbaycanlı jurnalistin həyat yoldaşı aclıq aksiyasını dayandırıb
# 24 aprel 2014 08:09 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda həbsdə olan tanınmış azərbaycanlı jurnalist Səid Mətinpurun həyat yoldaşı aclıq aksiyasını dayandırıb.

APA-nın “Oyannews” istinadən verdiyi məlumata görə, Ətiyyə Tahiri bunu aprelin 23-də bir qrup azərbaycanlı fəalın təkidli xahişindən sonra edib.

Lakin S.Mətinpur hələ də aclıq aksiyasını davam etdirir.

Qeyd edək ki, aprelin 17-də Tehranın Evin həbsxanasında baş vermiş toqquşma zamanı S.Mətinpur rezin dəyənəklə döyülüb.

S. Mətinpur 2007-ci ildə tutularaq 9 ay təcridxanada saxlanılıb. Girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb. 2009-cu ilin iyulunda keçirilən məhkəmə prosesində isə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, əcnəbilərlə əlaqəyə girərək İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR