İsa Qəmbər sabah Mirmahmud Mirəlioğlu ilə görüşəcək

İsa Qəmbər sabah Mirmahmud Mirəlioğlu ilə görüşəcək
# 13 dekabr 2013 15:52 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Görüş sabah saat 13:00-da KXCP qərargahında keçiriləcək. A.Hacılı bildirib ki, Müsavat Partiyasının əsas məqsədi siyasi proseslərə təsiri olan qüvvələrlə ikitərəfli və çoxtərəfli müttəfiqlik məsələlərini müzakirə etməkdir. Onun sözlərinə görə, siyasi partiyalar, xüsusən müttəfiq partiyalar arasındakı münasibətlər daim müzakirə olunmalı, yalnız kimlərinsə hisslərinə, duyğularına, cari əhval-ruhiyyəsinə uyğun olaraq yox, rəsmi sənədlər, razılaşmalar əsasında tənzimlənməlidir.

Görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiyanın Məclis sədri Arzu Səmədbəyli, Arif Hacılı və başqan müavinlərinin iştirakı nəzərdə tutulub. Qarşı tərəfdən isə görüşdə KXCP sədri Mirmahmud Mirəlioğlu, partiyanın Ali Məclis sədri Bəybala Əbil və sədr müavinlərinin iştirak edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR