Bakıda Kolumbiyanın “Hecho en Cali” rəqs qrupunun konserti olub

Bakıda Kolumbiyanın “Hecho en Cali” rəqs qrupunun konserti olub
# 15 may 2013 09:41 (UTC +04:00)

Bakı. Turan Şakir-APA. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Kolumbiyanın “Fundacion Delirio” rəqs kollektivinin “Hecho en Cali” rəqs qrupunun konserti olub. Bu barədə APA-ya teatrın direktoru Ədalət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, tədbir Kolumbiyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi əsasında təşkil olunub: “Bu, çoxdan razılaşdırılmış layihədir. Bu kolumbiyalı rəqqasların sayca üçüncü konsertidir. Amma bir şeyi də qeyd edim ki, ayrı-ayrı rəqs qrupları müxtəlif kompozisiyalarla bizim səhnəmizdə çıxış ediblər”.

Direktor onu da qeyd edib ki, “Fundacion Delirio” rəqs kollektivinin Azərbaycana növbəti səfəri noyabrda baş tutacaq: “Noyabrda gələcək kollektiv burada daha uzun müddət qalıb, Azərbaycanın milli rəqsləri ilə tanış olub, rəqs kollektivləri ilə birgə konsertlər təşkil etmək fikrindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR