Slavyansk yaxınlığında gedən döyüşlərdə 2 Ukrayna hərbçisi həlak olub

Slavyansk yaxınlığında gedən döyüşlərdə 2 Ukrayna hərbçisi həlak olub
# 25 may 2014 03:33 (UTC +04:00)

Bakı-APA. Slavyansk şəhəri yaxınlığında gedən döyüşlərdə 2 Ukrayna hərbçisi həlak olub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “İnformasiya müqaviməti” qrupunun əlaqələndiricisi Dmitri Tımçuk bildirib.

“Hücum zamanı silahlılar avtomat silahdan başqa minaatanlardan və qumbaraatanlardan istifadə ediblər. Döyüş zamanı hücum dəf etmək mümkün olub. Ukrayna hərbçiləri tərəfindən 2 nəfər ölüb, 4 nəfər yaralanıb”, deyə Tımçuk bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR