Hüseyn Bağırov Xaçmazda vətəndaşları qəbul edəcək

Hüseyn Bağırov Xaçmazda vətəndaşları qəbul edəcək
# 23 sentyabr 2013 12:54 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Oktyabrın 2-də saat 10:00-da ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xaçmaz rayonunda yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Xaçmaz, Quba, Qusar, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 5 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayonu Xudat şəhəri 4-cü şöbə, əlaqə telefonu: 070 232 33 45; 023 323 00 14) xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR