Kənd təsərrüfatı naziri Şirvanda yeni kombaynlara baxış keçirib - FOTOSESSİYA - VİDEO

Kənd təsərrüfatı naziri Şirvanda yeni kombaynlara baxış keçirib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 08 fevral 2014 11:39 (UTC +04:00)

Şirvan. Əlibəy zeynallı - APA. Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün ölkə prezidentinin «Aqrolizinq» ASC-yə ayırdığı maliyyə vəsaiti ilə alınan yeni taxılyığan kombaynların bir hissəsi ölkəyə gətirilib.

APA-nın Mil-Muğan Bürosunun verdiyi məlumata görə, bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov «Aqrolizinq»in Şirvan şəhərindəkm təchizat bazasına gətirilən yeni taxılyığan kombaynlara baxış keçirib. Hazırda bazaya 106 ədəd Finlandiya istehsalı olan «Sampo» markalı yeni kombayn gətirilib və qarşıdakı aylarda bu kombaynların bölgədə fəaliyyət göstərən fermerlərə lizinq şərtləri ilə paylanması gözlənilir.

Nazir həmçinin bəzi rayonlardan gəlmiş fermerlərə kombaynların sənədlərini təqdim edib və fermerlərlə, texniki nəzarət müfəttişləri ilə səyyar müşavirə keçirib.

Daha sonra H.Əsədov Şirvan Baytarlıq Xidmətində və Şirvan Regional Fitosanitar Nəzarət Xidmətinin inzibati binalarına baxış keçirib.

Qeyd edək ki, yeni kombaynlar digərlərindən fərqli olaraq 6 silindrli mühərriklə təchiz olunub. Bu da texnikanın biçin prosesini sürətli və keyfiyyətli həyata keçirməsinə imkan verir. Yaxın vaxtlarda kombaynların növbəti hissəsinin Şirvana gətirilməsi planlaşdırılır və onların ümumi sayı 150-yə çatacaq.

Xatırladaq ki, ötən yay mövsümündə ölkə ərazisində taxıl biçinində yaranmış texnika çatışmazlığı nəzərə alınaraq, ölkə prezidenti yeni kombaynların alınması məqsədi ilə Prezidentin Ehtiyat Fondundan 15 mln. manatın ayrılmasına dair sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR