Azərbaycan XİN 44 metrlik sahənin İrana verilməsi barədə məlumatlara münasibət bildirib

Azərbaycan XİN 44 metrlik sahənin İrana verilməsi barədə məlumatlara münasibət bildirib
# 07 aprel 2014 14:09 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

İran Sərhəd Polisinin rəisi general Hüseyn Zülfüqarinin Culafada sərhəddə üzərində mübahisə gedən 44 metrlik sahənin İrana birləşdirildiyinə dair açıqlamasına münasibət bildirən E. Abdullayev onda bu barədə məlumatın olmadığını bildirib.

Qeyd edək ki, general Zülfüqari Culfada Naxçıvanla İran arasında tikilən körpü üzərindəki sərhədin müəyyənləşdiyini, Azərbaycanın iddia etdiyi ərazidən geri çəkilərək, körpünün istifadəsi üçün yaranan problemin aradan qaldırıldığını bildirib.

Onun sözlərinə görə, 44 metrlik sahə İran ərazisinə birləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR