Təhsil Nazirliyi bu dərs ilində rayonlara 1174 müəllim göndərib

Təhsil Nazirliyi bu dərs ilində rayonlara 1174 müəllim göndərib
# 26 sentyabr 2013 09:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Respublikanın regionlarında pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, orta ixtisas təhsili müəssisələrində pedaqoji ixtisaslar üzrə kadr hazırlığının dayandırılması nəzərdə tutulmur”.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinə bu və ya digər ixtisas üzrə tələbə qəbulu dövlətin və cəmiyyətin tələbinə müvafiq olaraq müəyyənləşdirilir.

Nazirliyin məlumatında saxta diplomlarla bağlı məsələyə də aydınlıq gətirilib. Qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən bütün təyinatlar zamanı, o cümlədən müəllimlərin işə qəbulu prosesində təhsil sənədləri ciddi yoxlanılır. Bu zaman dövlət nümunəli olmayan sənədlər aşkar edildikdə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına yönəldilir. Daha sonra qeyd olunub ki, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi təhsil sənədlərinin yoxlanması prosesini tam şəffaf şəkildə təşkil edir.

Nazirlikdən o da bildirilib ki, cari dərs ilində rayonlara 1174 müəllim göndərilib. Müəllimlərə daha çox ehtiyac Gədəbəy, Lerik, Cəlilabad, Yardımlı rayonlarında olub. Hazırda vakant yerlər tutulanadək müddətli müqavilə bağlamaqla ixtisaslı müəllimlər cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR