“Beynəlxalq Sığorta” şirkəti nizamnamə kapitalını artırıb

“Beynəlxalq Sığorta” şirkəti nizamnamə kapitalını artırıb
# 25 aprel 2014 09:23 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24 aprel tarixində “Beynəlxalq Sığorta” ASC-nin səhmlərinin əlavə emissiya prospekti qeydə alınıb.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 6 mln. manat, bir səhmin nominal dəyəri 10 min manat təşkil edib.

Yerləşdirmədə anderrayter qismində “İnterneyşnl Tranzakşn Sistem” MMC çıxış edib.

Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 68,1% artaraq 14,8 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR