AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri bəzi müxalifət partiyalarının rəhbərləri ilə görüşüblər

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri bəzi müxalifət partiyalarının rəhbərləri ilə görüşüblər
# 21 yanvar 2014 11:06 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycandakı bəzi müxalifət partiyalarının rəhbərləri ilə görüş keçiriblər.

Bu barədə APA-ya məlumat verən Azərbaycan Demokrat Partiyasının (ADP) Sərdar Cəlaloğlu bildirib ki, görüşdə prezident seçkilərindən sonra Azərbaycandakı ictimai-siyasi vəziyyət müzakirə olunub.

Görüşdə S. Cəlaloğlu ilə yanaşı, KXCP sədri Mirmahmud Mirəlioğlu, AXCP sədri Əli Kərimli, Azad Demokratlar Partiyası Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər və REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli iştirak edib.

Müsavat başqanı İ. Qəmbərin dəvət edilməsinə baxmayaraq, o, görüşə qatılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR