Akademik Milli Dram Teatrı mövsümü açır

Akademik Milli Dram Teatrı mövsümü açır
# 06 sentyabr 2013 17:01 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Sentyabrın 15-də Akademik Milli Dram Teatrının kollektivi teatr mövsümünün ilk tamaşası ilə səhnəyə çıxacaq. Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, İlyas Əfəndiyevin “Hökmdar və qızı” iki hissəli faciəsi əsasında hazırlanan “Qarabağnamə” tamaşası nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Polad Bülbüloğlu və Vasif Adıgözəlovun musiqilərindən istifadə edilib. Baş rolları Kazım Abdullayev (İbrahim xan), Məsmə Aslanqızı (Ağabəyim Ağa), Rafiq Əzimov (Axund Mirmöhsün Ağa), Firəngiz Mütəllimova (Tubu Xanım), Vəfa Rzayeva (Səltənət Bəyim), Ramiz Məlikov (Cavad Xan) canlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR