Türkiyə Mərkəzi Bankı dolların kursunu sabit saxlamaq üçün gün ərzində valyuta bazarına 1,3 milyard dollar çıxarıb

Türkiyə Mərkəzi Bankı dolların kursunu sabit saxlamaq üçün gün ərzində valyuta bazarına 1,3 milyard dollar çıxarıb
# 10 iyul 2013 16:50 (UTC +04:00)

Bakı – APA. Son həftələrdə ölkədə dolların kursunun kəskin yüksəlməsinin qarşısını almaq üçün valyuta bazarına ardıcıl müdaxilələr edən Türkiyə Mərkəzi Bankı iyulun 10-da gün ərzində kursu sabit saxlamaq üçün bazara 1,3 milyard dollar çıxarıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün səhər ABŞ-ın “Fitc” beynəlxalq reytinq korporasiyasının açıqlamasından sonra Türkiyənin valyuta bazarında dolların kursu yüksəlməyə başlayıb.

Belə ki, “Fitc Rating” Türkiyədə Gəzinti Parkı ilə bağlı hadisələrdən sonra sosial gərginliyin davam etməsinin ölkənin kredit qiymətləndirilməsinin səviyyəsini aşağı sala biləcəyi haqda xəbərdarlıqla çıxış edib. Günə 1 dollar = 1,94 lirə ekvivalenti ilə başlayan dolların kursu bu açıqlamadan sonra 1,95 lirəyə yüksəlib. Mərkəzi Bankın ilk müdaxiləsi və daha sonra həyata keçirdiyi 4 satış da nəticə vermədikdən sonra günün sonunda MB 6-cı valyuta intervensiyasını həyata keçirib və beləliklə, gün ərzində valyuta bazarına çıxarılan dolların həcmi 1,3 milyarda çatıb. Bu satışlar nəticəsində kursu 1,95 lirə səviyyəsində sabitləşdirmək mümkün olub.

Bugünkü satışlarla Mərkəzi Bankın son bir ayda valyuta bazarına çıxardığı dolların miqdarı 6,2 milyarda çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR