9-cu sinfi bu il bitirənlərin kolleclərə ərizə qəbulu bu gün başa çatır

9-cu sinfi bu il bitirənlərin kolleclərə ərizə qəbulu bu gün başa çatır
# 30 iyun 2014 08:45 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ümumi orta təhsil bazasında (9 illik) cari ilin məzunları üçün (9-cu sinfi bu il bitirən) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu gün saat 23:59-da başa çatır. Sənəd qəbulu prosesinə mayın 12-dən başlanılıb.

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ixtisas seçimi 2-10 iyul tarixlərində aparılacaq. İxtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR