İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiyasının tərkibi təsdiqlənib

İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiyasının tərkibi təsdiqlənib
# 05 iyun 2014 13:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiyasının tərkibini təsdiqləyib.

APA-nın verdiyi məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın sədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Kollegiyanın üzvləri iqtisadiyyat və sənaye nazirinin müavinləri Sahil Babayev, Sevinc Həsənova, Sahib Məmmədov və Niyazi Səfərov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov, İqtisadiyyat və Sənaye Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin rəisi Zahid İsayev və Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR