Penitensiar xidmətin nümayəndələri Fransada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

Penitensiar xidmətin nümayəndələri Fransada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər
# 01 noyabr 2013 10:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Fransanın Strasburq şəhərində “Barələrində sanksiyalar tətbiq olunmuş yetkinlik yaşına çatmayan hüquq pozucularının sosial reinteqrasiyası” mövzusunda təcrübə mübadiləsi məqsədilə Avropa Şurasının İnsan Hüquqları və Qanunvericilik Baş Direktorluğu tərəfindən görüş təşkil edilib.


Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin inspektoru, ədliyyə mayoru Mehparə Sadıqova və Tərbiyə müəssisəsinin rəisi, ədliyyə mayoru Araz Rzayev görüşdə Ədliyyə nazirliyinin Penitensiar xidmətini təmsil ediblər.


Tədbirdə yetkinlik yaşına çatmayan məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına və cəza müddəti ərzində idarə edilməsinə dair müsbət nəticələr barədə fikir mübadilələri aparılıb, elektron slaydlar nümayiş etdirilib. Eyni zamanda iştirakçı ölkələrin nümayəndələrinin çoxsaylı sualları Avropa Şurasının İnsan Hüquqları və Qanunvericilik Baş Direktorluğunun nümayəndələri tərəfindən cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR