Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb

Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb
# 11 aprel 2014 12:27 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Pireney yarımadasının 3 komandası – İspaniya təmsilçiləri “Sevilya” və “Valensiya”, Portuqaliya “Benfika”sı, həmçinin İtaliya “Yuventus”u final uğrunda mübarizədəki rəqiblərinin adını bilib. Püşkün nəticələrinə əsasən, yarımfinalda ispan derbisi yaşanacaq.

1/4 finalın cavab matçında darmadağına imza atan “Sevilya” ilə “Valensiya” üz-üzə gələcək. Digər matçda isə “Benfika” “Yuventus”la qarşılaşacaq.

Avropa Liqası, yarımfinal

“Sevilya” (İspaniya) - “Valensiya” (İspaniya)

“Benfika” (Portuqaliya) - “Yuventus” (İtaliya)

Qeyd edək ki, yarımfinal oyunları aprelin 24-də və mayın 1-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR