Azərbaycanın şimalında avtomobil kanala düşüb, sudan çıxarılan avtomobildə heç kim aşkarlanmayıb - FOTO

Azərbaycanın şimalında avtomobil kanala düşüb, sudan çıxarılan avtomobildə heç kim aşkarlanmayıb - <span style="color: red;">FOTO
# 16 noyabr 2013 07:15 (UTC +04:00)

APA-nın şimal bürosunun məlumatına görə, avtomobili ərazidən keçən sakinlər aşkarlayıb, bu barədə hüquq-mühafizə orqanlarına və Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat veriblər. Hadisə yerinə FHN-in regional bölməsinin xilasediciləri, Təcili Yardım Stansiyasının həkimləri və polis əməkdaşları cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobili kanaldan çıxarıb, aidiyyəti üzrə təhvil veriblər. Maşına baxış zamanı avtomobilin Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm kənd sakini, 1971-ci il təvəllüdlü Əhməd Qadir oğlu Abuzərova məxsus olduğu aşkar edilib.

Avtomobildə insan aşkarlanmayıb.

Hadisənin təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR