«Rabitəbank»ın əsas maliyyə göstəriciləri kəskin artıb

«Rabitəbank»ın əsas maliyyə göstəriciləri kəskin artıb
# 25 oktyabr 2013 12:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 262,597 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 77,2% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 50,5% artaraq 155,910 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 64,317 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə nisbətən 2,1 dəfə çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 3,0% azalaraq 5,760 mln. manata, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 2,0 faiz bəndi azalaraq 3,7%-ə düşüb.

Bankın depozit portfeli son bir ildə 52,9% artaraq 179,520 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 103,105 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 42,0% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 1,9 dəfə artaraq 50,551 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,1 dəfə artaraq 45,500 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 1,5% azalaraq 64 890, o cümlədən fiziki şəxslərin sayı 0,9% azalaraq 64 286, hüquqi şəxslərin sayı 36,2% azalaraq 604 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 16 160-a bərabər olub ki, bu da illik müqayisədə 65,3% çoxdur. O cümlədən, debet kartların sayı 60,6% artaraq 11 435-ə, kredit kartların sayı 74,0% artaraq 4 725-ə çatıb.


Hazırda bankın ölkə üzrə 22 filialı, 36 bankomatı, 575 POS-terminalı fəaliyyət göstərir. Bankın 477 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR