Con Toşak: “45 ilə yaxındır futbolun içindəyəm, indiyədək belə şey görməmişdim”

Con Toşak: “45 ilə yaxındır futbolun içindəyəm, indiyədək belə şey görməmişdim”
# 25 iyul 2013 22:12 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Makkabi”yə məğlubiyyətdən sonra deyib.

Uelsli mütəxəssis 0:8 hesabı ilə uduzduqları oyuna şərh verməkdə çətinlik çəkdiyini bildirib: “Məsuliyyəti öz üzərimə götürürəm. Mən də nəticənin belə olmasını istəməzdim. Çox-çox üzr istəyirəm. İstefaya gəlincə, indi pis vəziyyətdəyəm. Ola bilsin bəzi futbolçular istefama sevinsin. Ola bilsin, baş məşqçi qaldı, həmin futbolçular getsin. 1 nəfəri göndərmək bütün komandanı göndərməkdən daha asandır. Onlardan bəziləri əvvəldən göndərilməli idi”.

Azərbaycan klubları avrokuboklarda indiyədək öz meydanında ən ağır məğlubiyyəti alddı ki, bu da Toşakın vaxtına təsadüf etdi. Bu barədə danışan Toşak futbolçuları günahlandırıb: “Onlar Maltada, İsraildə beş ulduzlu otellərdə qaldılar, hər cür şərait yaratdılar. Avtobusda azacıq isti olan kimi şikayət edirdilər. Bütün hallarda, məni tənqid eləmək daha məqsədəuyğundur. Çünki onları komandada mən saxlamışam. Əlimi göyə qaldırıram, bütün günah məndədi”.

Azarkeşlərin istefa şüarına gəlincə, uelsli mütəxəssis əvvəl çalışdığı klublarda da bununla rastlaşdığını bildirib: “Bəli, məni əvvəllər də istefaya səsləyiblər”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR