ABŞ-ın Azərbaycandakı səfirliyi: Senat əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədilə səfər etmələri barədə xəbərlər cəfəngiyatdır

ABŞ-ın Azərbaycandakı səfirliyi: Senat əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədilə səfər etmələri barədə xəbərlər cəfəngiyatdır
# 18 fevral 2014 13:49 (UTC +04:00)

Bakı – APA. “ABŞ Senatı əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədilə səfər etmələri barədə son zamanlar mediada yayılan iddia xarakterli xəbərlər cəfəngiyatdır”. APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, ABŞ Konqresinin nümayəndə heyəti səfirliyin işçiləri, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək üçün müntəzəm olaraq Azərbaycana səfərlər edirlər: “Konqres nümayəndələri ABŞ-ın qanunvericilik orqanına Azərbaycan və regiona dair daha ətraflı məlumat vermək məqsədilə səfərlər edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR