Z.Səmədzadə: «Müstəqilliyin ilk illərində qəbul olunan qanunların bəzi maddələri reallıqlara cavab vermir»

Z.Səmədzadə: «Müstəqilliyin ilk illərində qəbul olunan qanunların bəzi maddələri reallıqlara cavab vermir»
# 27 noyabr 2013 13:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Yaxın vaxtlarda Azərbaycanda «Reklam haqqında» qanun layihəsinə müəyyən dəyişikliklər ediləcək. «APA-Economics»in məlumatına görə, bunu Xəzər Avropa Klubunda iş adamları ilə görüşündə Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə bildirib.


Onun sözlərinə görə, bunun üçün Komitə əməkdaşları müvafiq təşəbbüslə çıxış ediblər: «İstehlakçıların hüquqlarının qorunması ilə bağlı «Akkreditasiya haqqında» qanunun qəbulu gözlənilir».


Z.Səmədzadənin fikrincə, ölkədə iqtisadi sahədə 1990-cı illərin əvvəllərində qəbul olunan qanunların da təkmilləşdirilməsinə ehtiyac var. Millət vəkili deyib ki, müstəqilliyin ilk illərində qəbul olunan qanunların bəzi maddələri bugünkü reallıqlara cavab vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR