Britaniya hakimiyyəti ölkənin ən böyük islam məktəblərindən birini bağlayır

Britaniya hakimiyyəti ölkənin ən böyük islam məktəblərindən birini bağlayır
# 08 oktyabr 2013 22:32 (UTC +04:00)

APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, təhsil nazirinin müavini Con Neşin açıqlamasına əsasən, buna səbəb məktəbdə şəriət qaydalarının həddindən artıq ciddi tətbiq olunmasıdır.

Qeyd edək ki, Mərkəzi İngiltərədəki Derbi şəhərində yerləşən “Əl Mədinə” məktəbi bu ayın əvvəlində təhsil standartlarına nəzarət komissiyası tərəfindən aparılmış yoxlamadan sonra müvəqqəti bağlanmışdır. Yoxlamaya məktəbin keçmiş əməkdaşlarının dövlət qurumlarına etdiyi şikayətlər səbəb olub. Şikayət ərizələrində qeyd olunub ki, dini etiqadından asılı olmayaraq bütün müəllimələrdən məktəbə hicabla gəlməsi tələb olunub. Bundan başqa, məktəbdə tətbiq edilən qaydalara görə, qızlardan sinfə daxil olduqda arxa cərgələrdə oturmaları tələb olunub.

Qeyd edək ki, yoxlama yekunlaşdıqdan sonra məktəb komissiya tərəfindən rəsmi rəy verilənədək fəaliyyətini bərpa edib. Bununla belə, təhsil nazirinin müavini açıq şəkildə bildirib ki, qeyd olunan faktların təsdiqlənəcəyi təqdirdə məktəbin maliyyələşməsi dayandırılacaq və o bağlanacaq. “Biz dini və cinsi əlamətlərə görə ayrıseçkiliyə yol verməyəcəyik”, deyə Neş vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR