Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanacaq - FOTO

Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanacaq - <span style="color: red;">FOTO
# 25 oktyabr 2013 09:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov ötən gün prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının imzalanmasını təhsil tarixi üçün çox əlamətdar hadisə hesab edir. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, təhsilin inkişafı üçün dövlət strategiyası təhsil üçün mühüm bir sənəddir: “Bu sənəd bizim qarşımızda yeni hədəfləri, təhsil sahəsində indiyə kimi mövcud olan vəziyyətin qiymətləndirilməsini, eyni zamanda Azərbaycan təhsil sisteminin aparıcı dünya standartlarına uyğun qurulması üçün yolları müəyyənləşdirir. Bu sənəd çox əhatəlidir.

M.Cabbarov qeyd edib ki, ölkə prezidentinin oktyabrın 24-də imzaladığı sənədin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanacaq. Nazirin sözlərinə görə, fəaliyyət planında tədbirlərin icra müddətləri də müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR