Novruz Aslanov seçiciləri ilə görüşüb - FOTO

Novruz Aslanov seçiciləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 18 yanvar 2014 09:37 (UTC +04:00)

Bakı – APA. Milli Məclisin deputatı Novruz Aslanov yanvarın 16-da İsmayıllı rayonunun Xənəyə kəndində seçicilərini qəbul edib. APA-nın xəbərinə görə, görüş kənd orta məktəbinin binasında keçirilib. Kənd sakinlərinin qaldırdığı məsələ əsasən kəndin içməli su və işıq problemi ilə bağlı olub. Belə ki, kənd ərazisindən keçən işıq dirəklərinin köhnə olması səbəbindən onların yenisi ilə əvəzlənməsi, yeni elektrik transformatorunun quraşdırılması sakinləri narahat edən məsələlərdən olub. Bu barədə millət vəkili müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.

Bir neçə məsələ ilə bağlı millət vəkili görüş zamanı müvafiq qurumlarla əlaqə saxlayıb və məsələlər həll edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR