Azərbaycan və Peru hökumətləri arasında saziş imzalanıb - FOTO

Azərbaycan və Peru hökumətləri arasında saziş imzalanıb - <span style="color: red;">FOTO
# 25 sentyabr 2013 10:00 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Perunun xarici işlər naziri Eda Rivas ilə görüş keçirib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş əsnasında iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan ilə bir sıra Latın Amerikası ölkələri arasında əməkdaşlığın inkişaf etdiyini deyən E. Məmmədyarov, Peru ilə də müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.

Görüş zamanı Azərbaycan Respublikası hökuməti və Peru Respublikası hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR