Ukraynanın baş nazirinin müavini: “Kiyev tezliklə Avropa Birliyi ilə sazişi imzalayacaq”

Ukraynanın baş nazirinin müavini: “Kiyev tezliklə Avropa Birliyi ilə sazişi imzalayacaq”
# 12 dekabr 2013 22:08 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna baş nazirinin birinci müavini Sergey Arbuzov Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Ukrayna milli strateji maraqlarını nəzərə alaraq tezliklə Avropa Birliyi ilə assosiasiya haqqında sazişi imzalayacaq”, deyə S.Arbuzov bildirib. Onun sözlərinə görə, bunun üçün siyasi iradə mövcuddur.

Brüsseldəki diplomatik mənbə “RİA Novosti”yə bildirib ki, Avropa Birliyinin rəsmiləri 2014-cü ildə Ukrayna və AB arasında keçiriləcək ikitərəfli sammitdə Kiyevin AB ilə assosiasiya haqqında sazişi imzalayacağını gözləyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR