«Petkim» konteyner limanı 2016-cı ildə istifadəyə veriləcək

«Petkim» konteyner limanı 2016-cı ildə istifadəyə veriləcək
# 21 noyabr 2013 12:09 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu «Petkim Limançılık Ticaret A.Ş» layihəsinin rəhbəri Doğan Çırakoğlu bildirib.


Onun sözlərinə görə, artıq limanın inşası ilə bağlı müəyyən tikinti işləri həyata keçirilib: «Bundan sonra, limanda xeyli tikinti işləri aparılacaq. Bura yeni beton işlərinin aparılması və yeni yolların tikintisi aiddir. Bütün bu işlər 4 mərhələdə aparılacaq və sonda burada işləyən işçilərin yaşaması üçün yaşayış, idarə binaları və otellərin tikintisi nəzərdə tutulub».


Şirkət rəsmisi qeyd edib ki, son mərhələdə Çanaqqala şəhərindən limana dəmir yolunun tikintisi planlaşdırılır: «Buraya qədər dəmir yolunun tikintisi çox önəmlidir və bu, yüklərin limana daşınmasında böyük rol oynayacaq. Hazırda İzmirin Əliağa vilayətinə qədər bir dəmir yolu çəkilib və biz oradan limana qədər olan yolu birləşdirəcəyik».


D.Çırakoğlu bildirib ki, ümumiyyətlə limanın tikintisi prosesi iki fazadan ibarət olacaq: «Birinci fazada, 2015-ci ilin iyun ayında limanda inşaat işlərinin yekunlaşması gözlənilir. Sonrakı aydan isə limanda ikinci fazaya başlanacaq və bu mərhələ 16 aydan sonra bitəcək. Bu da 2016-cı ilə təsadüf edir. İşlər uğurla aparılsa, «Petkim» konteyner limanının 2016-cı ildə fəaliyyətə başlayacağını söyləmək olar».

Qeyd edək ki, TEU ölçü vahidi əsasən konteynerlərin (20 futluq) ölçülməsi üçün istifadə olunur. Uzunluğu 6,1 metr (20 fut), eni 2,44 metr (8 fut), hündürlüyü isə 1,3-2,9 metr olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR